05.07.2023
1317
VideoDoktor
“VideoDoktor” vasitəsilə həyata keçirilən teletibb xidmətləri, məcmu şəkildə “VideoDoktor Professionals” kimi tanınan müstəqil mütəxəssis fəaliyyətlərini cəmləşdirən qrupun daxilində çalışan lisenziyalı həkimlər tərəfindən təmin edilir. Bu mütəxəssislər “VideoDoktor” teletibb platforması üzərindən xidmətlər təmin edir. Xəstə olduğunuz və həkimlə görüşə ehtiyac duyduğunuz zaman, Video Doktor-un peşəkar komandası hər an Sizin yanınızdadır. Siz həmçinin 24/7 müddətində müvafiq diaqnostik müayinələr üçün təyinat ala, dərman terapiyası üçün resept əldə edə bilərsiniz. Video Doktor mütəxəssislərinə etibar etməklə, Siz sağlamlığınızın yaxşılaşdırılması yolunda narahatlıqlar və kor-koranə davranışdan xilas olacaqsınız.